• Portağallı keks resepti

Reseptin məlumatları Baxış sayı: 3 356

Tarix : 25-04-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
200 gr əridilmiş kərəyağı
200 gr şəkər (yəni bir su st )
4 yumurta
2 ədəd sürtgəçdən keçirilmiş portağal qabığı
2 ədəd portağalın suyu
250 gr elenmiş un( 1.5 stəkan )
2 çay qaşığı qabartma tozu
2 yemək qaşığı buğda ve ya qarğıdalı nişastası
1 çay qaşığı limon suyu və azca sürtgəçdən keçirilmiş limon qabığı

Hazırlanması:
İlk öncə şəkərlə birlikdə yumurtaları bir bir əlavə edib mikserlə çalaq. Daha sonra portagal limon suyu və kərə yağın əlavə edək mikserlə çalmağa davam edək.Proses bitdikdən sonra un nişasta qabartma tozu əlavə olunur artıq mikser yox qaşıqla aşağıdan yuxarı qarışdıraq (keks sönmesin). Keks qabımızı yağlıyaq keksimizi qaba boşaldaq.Çox xırda qab olmasın bu tip kekslerın çox qalın olmasına ehtiyac yoxdu yüngül keks kateqoriyasına aiddi. Ama çox qabarmış keks istəsəz daha xırda qabda istifadə edəbilərsiz. 170 dərəcəlik öncədən qızdırılmış sobada təxminən 40-45 dəq müddətində bişir.(sobanıza görə siz vaxta nəzarət edin ). Soyumuş keksin üzərinə hindistan qozu və rəndələnmiş portağal qabığı səpib nuş edin. Mənim fikrimcə hər kəsin bəyənə biləcəyi keks növüdü, (portağal sevməyənlər xaric) qoxusuna da söz ola bilməz rahatlıqla siz də sınaya biləsiz.

Nuş olsun!
Etiketlər: portağal, qabığı, limon, əlavə, qaşığı, xırda, qabartma, mikserlə, sonra, keçirilmiş, sürtgəçdən, sobada, qızdırılmış, öncədən, təxminən, müddətində, vaxta, sobanıza, bişir, dərəcəlik
BİZİ İZLƏYİN