• Qu quşu ekleri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 42 483

Tarix : 13-08-2014, 14:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
110 q + 2 x.q. kərə yağı
0,7 st. + 1,5 ç.q. şəkər tozu
1 st. su
0,4 ç.q. duz
1,3 st. un
7 yumurta
2 st. süd
1,4 ç.q. vanil ekstraktı
0,5 st. yağlı qaymaq

Hazırlanması:
Ekler:

Sobanı 210 dərəcə C-dək qızdırın. Formaya perqament döşəyin.

110 q kərə yağı, 1,5 ç.q. şəkər tozu, 1 st. su, 0,2 ç.q. duzu iri qazana töküb ocağın üstə qoyun.

Ocaqdan götürün, 1 st. un əlavə edib qarışdırın, sonra yenə ocağın üstə qoyun, 2 dəqiqə qarışdıraraq bişirin.

Xəmiri mikserin qabına töküb 2 dəqiqə çalmaqla soyudun.

4 yumurtanı bir-bir əlavə edərək hər birindən sonra yaxşıca çalın.

Eynicinsli, qatı, ləyənin kənarlarından asanlıqla aralanan xəmir hazırlayın.

Xəmiri konditer torbasına yığıb ensiz ucluq taxın, siniyə, perqament kağızının üstünə 12 ədəd qu quşunun boynu və başı formasında sıxın.
Qu quşu ekleri resepti - FOTO RESEPT


Ucluğu dəyişib siniyə bir tərəfi dar olmaqla oval formasında xəmiri sıxın (bu qu qu quşlarının bədəni olacaq, 12 ədəd).
Qu quşu ekleri resepti - FOTO RESEPT


Sobada 15 dəqiqə bişirin. Bundan sonra sobanın istiliyini 190 dərəcə C-dək azaldın. Eklerlər böyüyüb qızılı rəng alanadək, təxminən 25 dəqiqə bişirin.
Qu quşu ekleri resepti - FOTO RESEPT


Sobadan çıxarıb şəbəkənin üstündə soyudun.

Krem:
0,3 st. un, 0,7 st. şəkər tozu, 0,2 ç.q. duzu balaca qazanda qarışdıraraq 2 st. süd əlavə edin. Orta itilikdə ocağın üstünə qoyub daim qarışdırın, qaynara düşəndə ocağı azaldıb daha iki dəqiqə bişirin. Qatılaşmalıdır.

3 yumurtanın sarısını çalın. Südlü qarışığı ocaqdan götürüb təxminən 1/4 stəkan qədərini yumurta sarısı ilə çalın, sonra yenidən qazana (südlü-unlu) tökün.

2 dəqiqə dayanmadan qarışdıraraq bişirin, sonra ocaqdan götürüb 2 x.q. kərə yağı və 1,4 ç.q. vanil ekstraktı əlavə edin.

Kərə yağı tam əriyincə, kütlə eynicinsli hala gəlincə çalın.

Plastik qaba yığıb soyudun, ağzına qida plyonkası çəkib soyuducuda minimum 1 saat saxlayın (ən yaxşısı bir gecə).

0,5 st. yağlı qaymağı mikserlə qatı köpük alınanadək möhkəm çalın, sonra qatılaşmış südlü-yumurtalı qarışığa hissə-hissə əlavə edin.
Qu quşu ekleri resepti - FOTO RESEPT


Qu quşlarının "bədənlərini" ortadan iki bölün. Yuxarı hissələrini də ortadan iki yerə bölün (bunlar "qanadlar" olacaq). Alt hissələrin içinə krem yığın, "qanadları" isə üstdən yerləşdirin. "Bədənin" enli hissəsi tərəfdən isə qu quşunun boynunu yerləşdirin.

Üzərinə şəkər pudrası səpə bilərsiniz.
Qu quşu ekleri resepti - FOTO RESEPT


Qu quşlarına şokoladı əridib göz və dimdik də çəkə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, dəqiqə, əlavə, çalın, bişirin, şəkər, ocağın, soyudun, qarışdıraraq, ortadan, Xəmiri, yığıb, yerləşdirin, siniyə, təxminən, südlü, götürüb, ocaqdan, olacaq, quşlarının
BİZİ İZLƏYİN