• Kişmişli-qozlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 12 278

Tarix : 28-04-2017, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Anonim


Tərkibi:
3 ədəd yumurta,
2 st şəkər tozu,
9 x.q bitki yağı,
500 qr qatıq,
1 paket qabartma tozu,
1 paket vanil,
4 st un,
qoz, kişmiş

Hazırlanması:
Yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə qatıq, yağ və vanil əlavə edilib qarışdırırıq. Son olaraq qabartma və un əlavə edib, qatı məhlul halını alana kimi çalırıq. Xəmiri 2 yerə ayırıb, yarısına kakao əlavə edirik. Soba qabına ilk öncə ağ xemiri, üzərindən isə kakaolu xəmiri tökürük (istəyə bağlı qoz, kişmiş də tökülə bilər) və içərisində yüngülcə qaşığı fırladırıq. Əvvəlcədən isidilmiş sobada 160 dərəcə bişiririk. Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qabartma, vanil, kişmiş, paket, çalırıq, qatıq, şəkər, bilər, içərisində, yüngülcə, tökülə, istəyə, kakaolu, xəmiri, tökürük, qaşığı, bağlı, Əvvəlcədən, bişiririk
BİZİ İZLƏYİN