• Kremli keks resepti

Reseptin məlumatları Baxış sayı: 12 975

Tarix : 29-04-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Anonim


Tərkibi:
3 ədəd yumurta,
1.5 st şəkər tozu,
0.5 st süd,
0.5 st duru yağ,
1 paket vanil,
1 paket qabartma tozu,
2 x.q. kakao,
2 st un

Krem üçün:
250 q qaymaq (35%),
1-2 x.q. şəkər kirşanı,
1/3 paket vanil

Hazırlanması:
Yumurta və şəkər tozu ağarana kimi mikserlə çalırıq. Üzərinə süd,yağ və vanil əlavə edilib, qarışdırırıq. Son olaraq qabartma tozu, kakao və un əlavə edib, qarışdırırıq. Qarışımı soba qabına töküb 180 dərəcə istilikdə bişiririk. Keksimiz bişdikdən sonra soyumasını gözləmək lazımdır.

Bu müddət ərzində krem hazırlaya bilərsiniz. Krem üçün əvvəlcə qaymağı mikserlə çalırıq. Daha sonra vanl və şəkər kirşanı əlavə edib, tam hazır olana kimi mikserlə çalmağa davam edirik.

Soyuduqdan sonra keksi bıcaq və ya sapın köməyi ilə 2 hissəyə ayırırıq. Alt qatın üzərinə krem çəkdikdən sonra soyuducuda gözlədirik ki krem donsun və üst qatı qoyduqda forması pozulmasın. Krem donduqdan sonra üst qatı yerləşdirib, üzərini kremlə bəziyirik.

Nuş olsun!
Etiketlər: sonra, şəkər, əlavə, vanil, mikserlə, paket, qarışdırırıq, çalırıq, qabartma, kirşanı, kakao, hissəyə, köməyi, ayırırıq, edirik, qatın, sapın, bıcaq, Soyuduqdan, çalmağa
BİZİ İZLƏYİN