• Piroq resepti

Reseptin məlumatları Baxış sayı: 9 236

Tarix : 2-05-2017, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Anonim


Tərkibi:
3 ədəd yumurta,
1 st şəkər tozu,
150 qr yağ,
1 st qatıq,
2 st un,
1 paket vanil,
1 paket qabartma tozu,
qida boyaları

Hazırlanması:
İlk öncə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə qatıq, yağ və vanil əlavə edib, çalmağa davam edirik. Son olaraq qabartma və un əlavə edilib qarışdırırıq. Qarışımı 3 yerə bölüb, qida boyaları ilə rəngləndiririk. Soba qabına əvvəlcə yaşıl, ortasına adi, axırda isə qırmızı xəmiri tökürük.

*Qeyd. Üzərində dənəciklər olsun istəyirsinizsə damla şokoladdan və ya xəmirdən çox az bir hissə ayırıb kakao qataraq şokoladlı xəmir əldə edib istifadə edə bilərsiniz.

Üzərini dənəciklərlə bəzəyib, 180 dərəcə istilikdə bişiririk.

Nuş olsun!
Etiketlər: vanil, qabartma, boyaları, paket, əlavə, qatıq, yumurta, şəkər, xəmirdən, hissə, kakao, şokoladdan, ayırıb, istəyirsinizsə, Üzərində, dənəciklər, olsun, qataraq, damla, xəmir
BİZİ İZLƏYİN