• Qar tatlısı resepti

Reseptin məlumatları Baxış sayı: 6 642

Tarix : 2-05-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Nanə


Tərkibi:
Keks üçün:
3-4 ədəd yumurta(böyük ölçülü),
1 st şəkər tozu,
2 x.q kakao,
1 st un,
1 paket vanil,
1 paket qabartma tozu

Sirop üçün:
0.5 st süd,
2 ç.q. şəkər tozu

Krem üçün:
2.5 st süd,
2 x.q. mannı,
1 x.q. un,
1 st şəkər tozu,
1 paket vanil

Üzəri üçün:
kakos

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə kakao, vanil, qabartma tozu və unu ələyərək əlavə edib, qaşıqla qarışdırırıq. Şüşədən soba qabına tökərək, 180 dərəcə isilikli sobada bişiririk.

Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Kremi hazırlamaq üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, qarışdırırıq. Az odda qatılaşanan kimi bişiririk.

Keks bişdikdən sonra üzərini xürdanla çox yerdən deşirik. Süd və şəkər tozunu qarışdırıb, sirop hazırlayırıq. Keksi islatmaq üçün hazırladığımız siropu üzərində gəzdirərək tökürük.

Son olaraq üzərinə bişirdiyimiz kremi töküb, kakosla bəzəyirik.

Nuş olsun!
Etiketlər: şəkər, paket, vanil, töküb, qarışdırırıq, tozunu, bişiririk, qabartma, kremi, kakao, yumurta, xürdanla, yerdən, deşirik, qarışdırıb, üzərini, sonra, bişdikdən, bütün, ərzaqları
BİZİ İZLƏYİN