• Kakaolu, çaylı və kokoslu kek resepti

Reseptin məlumatları Baxış sayı: 4 962

Tarix : 5-05-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un – 3 su stəkanı
Yumurta – 3 ədəd
Şəkər – 1,5 su stəkanı
Dəmli çay – 1 su stəkanı
Bitki yağı (duru) – 1 su stəkanı
Qabartma tozu – 1 paket
Vanil – 1 paket
Kakao – 3 xörək qaşığı

Toplar üçün:
Kokos – 2 su stəkanı
Pudra şəkəri – 1 su stəkanı
Yumurtanın ağı – 3 ədəd

Üzəri üçün:
80 qram ağ şokolad

Hazırlanması:
Şəkər və yumurtalar ağappaq olub, köpüklənənə qədər mikserlə qarışdırılır. Sonra soyudulmuş dəmli çay, bitki yağı, qabartma tozu, vanil, kakao və un əlavə edilib yenidən mikserlə tam həll olana qədər qarışdırılır. Un topa-topa qalmamalıdır. Ayrı bir qabda kokos, yumurtanın ağı, pudra şəkəri yoğrulur. Tam yoğrulduqdan sonra bu qarışımdan 5-6 ədəd eyni ölçüdə tenis topu böyüklüyündə toplar düzəldilir. Sonra formalı kek qabının içinə xəmirin az bir hissəsi əlavə edilir. Qab yağlanmır. Və hazırlanan toplar bərabər məsafədə qabdakı xəmirin üzərinə yerləşdirilir. Sonra qalan xəmir də topları tam örtəcək şəkildə qaba əlavə edilir. Və əvvəlcədən 180 dərərcədə isidilmiş sobada 40-45 dəqiqə bişirilir. İlk 15-20 dəqiqə 180 dərəcədə bişirilir, davamı isə 50 dərəcədə və ya daha az. Bu kekin yanmaması üçündür. Və sobanın üstü söndürülür alt tam bişir, sonra alt söndürülür üst tam bişir. Qabı sobadan çıxarılıb içi soyuq su ilə dolu olan böyük qabın içərisinə qoyulur ki, kek qabdan yaxşı çıxsın. Bu arada şokoladlar balaca kasaya doğranılır və qoyulur həmin sobada əriməyə. Təxminən 3-4 dəqiqə sobadan qalandan sonra götürülür, qaşıqla maye halına salınır. Sonra kiçik paketə yığıb, qabdan çıxarılmış kekin üzərini şəkildəki kimi bəzəmək lazımdır.

Nuş olsun!
Etiketlər: stəkanı, Sonra, əlavə, dəqiqə, sonra, toplar, bişir, dərəcədə, söndürülür, qarışdırılır, mikserlə, qədər, bişirilir, kekin, xəmirin, qabdan, qoyulur, Şəkər, şəkəri, paket
BİZİ İZLƏYİN