• Banoffi piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 15 000

Tarix : 17-08-2014, 03:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Əsası:

2,25 st. peçenye ovuntuğu
110 q kərə yağı
3 x.q. şəkər tozu

İç:
110 q ərinmiş kərə yağı
0,5 st. qəhvəyi şəkər tozu
2 ç.q. vanil
300 ml qatılaşdırılmış süd
2 st. çalınmış qaymaq
3 x.q. şəkər pudrası
4 yetişmiş banan

Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın.

Əsas üçün gərəkli ərzağı qarışdırın, dairəvi formalı siniyə döşəyin. Əlinizlə basıb hamarlayın. Qızılı rəng alanadək, 8-10 dəqiqə bişirin. Tam soyudun.

Kərə yağını qəhvəyi şəkər və vanillə qaynara düşənədək qaynadın, sonra qatılaşdırılmış süd əlavə edin.

Ocağı azaldıb 3-4 dəqiqə, rəngi tündləşincə bişirin.

Ocaqdan götürüb soyumuş korjun üstünə tökün.

Soyudun, sonra isə soyuducuda 2 saat saxlayın.

Çalınmış qaymağı şəkər pudrası və 1 ç.q. vanillə möhkəm çalın.

Bananı nazik doğrayıb qaymağa əlavə edin, qarışdırın. Bu kremi piroqun üstünə əlavə edin. Daha 1 saat soyuducuda saxlayın.

Üzərini şokoladla bəzəyin.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, dəqiqə, bişirin, qarışdırın, vanillə, saxlayın, üstünə, soyuducuda, pudrası, vanil, qəhvəyi, qatılaşdırılmış, sonra, rəngi, azaldıb, Ocağı, soyumuş, tökün, Ocaqdan
BİZİ İZLƏYİN