• Kral kəsmik piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 18 346

Tarix : 17-08-2014, 09:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q kəsmik
1,5 st. şəkər tozu
200 q kərə yağı
5 yumurta
400 q un
1 x.q. qabartma tozu
1 ç.q. bitki yağı

Hazırlanması:
İki iri kasa götürün.

Birinə yumurta, 0,5 st. şəkər tozu, kəsmik qoyub mikserlə çalın.

İkinci kasaya 1 paket qabartma tozu, kərə yağı (otaq temperaturunda, yumşaq), 1 st. şəkər tozu qoyun, az-az un əlavə edərək əlinizlə qarışdırın, ovuntuq kimi xəmir alınmalıdır. Əsas odur ki, əlinizə yapışmasın.

Formanı bitki yağı ilə yağlayın. Xəmirin bir hissəsini içinə döşəyin, "divarlarını" qaldırın.

Kəsmikli qarışığı içinə tökün. Xəmirin qalanını üstünə səpin.

180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, Xəmirin, içinə, qabartma, bitki, yumurta, kəsmik, divarlarını, qaldırın, Kəsmikli, döşəyin, yağlayın, Formanı, qarışığı, hissəsini, səpin, sobada, dəqiqə, bişirin, olsun
BİZİ İZLƏYİN