• Narıncı günəş piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 774

Tarix : 18-08-2014, 20:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q boranı
2 yumurta
70 q kərə yağı
100 q un
50 q şəkər tozu (əgər boranı şirin deyilsə, bir az artıq edin)
1 ç.q. qabartma tozu
1/3 ç.q. muskat cevizi tozu
3 x.q. boranı tumu (yoxdursa, başqa heç nə ilə əvəz etməyin)

Hazırlanması:
Boranını böyük olmayan kubiklərə doğrayaraq mikrodalğalı sobada 4-5 dəqiqə bişirin.

2 x.q. şəkər tozu səpib çəngəllə əzin (püre kimi etmək lazım deyil).

Yağı çalın, şəkər tozu əlavə edin.

Unu qabartma tozu və muskat cevizi ilə qarışdırın.

Yağ qarışığına ard-arda daxil edin - yumurta-un-yumurta-un.
Narıncı günəş piroqu resepti - FOTO RESEPT


Boranının 2/3 hissəsini əlavə edib qarışdırın.
Narıncı günəş piroqu resepti - FOTO RESEPT


20x20 ölçüdə formanın içinə perqament döşəyin.

Xəmiri içinə tökün. Hamarlayın.

Boranının qalanını üstünə çəkin.
Narıncı günəş piroqu resepti - FOTO RESEPT


Boranı tumu səpin.
Narıncı günəş piroqu resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin.

Süfrəyə verməzdən öncə mütləq soyudun.
Narıncı günəş piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, yumurta, boranı, əlavə, qarışdırın, içinə, dəqiqə, sobada, bişirin, cevizi, muskat, Boranının, qabartma, tökün, Xəmiri, perqament, formanın, ölçüdə, döşəyin
BİZİ İZLƏYİN