• Malay keksi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 738

Tarix : 30-11-2015, 11:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
1,5 st. şəkər tozu
2 st. qarğıdalı unu
2 st. buğda unu
2 st. qatıq
10 q qabartma tozu
4 x.q. bitki yağı
1 st. kişmiş
100 q badam
1 çimdik duz

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çalın. Duz, bitki yağı, qatıq əlavə edib qarışdırın.
Malay keksi resepti - FOTO RESEPT


Buğda və qarğıdalı unlarını, qabartma tozunu qarışdırın.
Malay keksi resepti - FOTO RESEPT


Un qarışığını yumurtalı-qatıqlı qarışığa əlavə edib qarışdırın.
Malay keksi resepti - FOTO RESEPT


Yuyulmuş kişmişi və badamı əlavə edin (badamın bir hissəsini üzərinə saxlayın).
Malay keksi resepti - FOTO RESEPT


Xəmiri silikon formaya tökün (əgər forma metaldırsa, o zaman yağlayın və un səpin), çalışın, formanın 2/3-dən çox olmasın, daşa bilər, badamın qalanını üstünə səpin.
Malay keksi resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.
Malay keksi resepti - FOTO RESEPT


Bir qədər formada, sonra isə çıxarıb şəbəkənin üstündə soyudun. Süfrəyə verərkən üzərinə şəkər pudrası səpin.
Malay keksi resepti - FOTO RESEPT

Malay keksi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, şəkər, qarışdırın, səpin, badamın, üzərinə, bitki, qabartma, qarğıdalı, qatıq, sobada, bişirin, qızdırılmış, dəqiqə, bilər, formanın, çalışın, olmasın, Bişib, üstünə
BİZİ İZLƏYİN