• Portağal kremli köklü keks resepti

Reseptin məlumatları Baxış sayı: 3 429

Tarix : 29-05-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Keks üçün:
3 yumurta
1,5 su stəkanı şəkər
1 su stəkanı süd
yarım su stəkanı duru yağ
2 ədəd kök
1 su stəkanı döyülmüş qoz
2 su stəkanı un
1 yemək qaşığı darçın
1 paket qabartma tozu
1 paket vanil
1 ədəd rəndələmiş portağal qabığı
yarım su stəkanı portağal suyu

Krem üçün:
2 su stəkanı süd
yarım su stəkanı portağal suyu
1 yemək qaşığı un
1 yemək qaşığı nişasta
yarım su stəkanı şəkər
rəndələnmiş portağal qabığı
1 paket vanil
1 yemək qaşığı margarin

Islatmaq üçün:
yarım su stəkanı qədər portağal suyu

Hazırlanması:
əvvəlcə tortun keksi hazırlanılır.
Bunun üçün yumurtalar şəkərlə mikserlə köpük köpük olana qədər qarışdırılır.
Daha sonra içinə süd, portağal suyu və yağ əlavə edilir və çırpmağa davam edilir.
Rəndələnmiş kök, qoz, darçın və portağal qabığı əlavə edilərək qarışdırılır.
Son olaraq un, qabartma tozu və vanil ələkdən keçirilərək xəmirə əlavə edilir.
Hazırlanan keks xəmiri dairəvi soba qabına tökərək əvvəlcədən isidilmiş 180 dərəcədə sobada 20 dəqiqə qədər bişirilir.
Krem hazırlanır.
Bunun üçün də margarin və vanil istisna olmaqla digər krem ərzaqları qazanda qarışdırılaraq bişirilir.
Krem göz göz olduqdan sonra ocağın altı söndürülür və kremə margarin və vanil əlavə edilir.
Son dəfə qarışdırılır.
Bişən və sobadan çıxarılan keks ilıq olanda portağal suyuyla ısladılır və ilıq keksin üzərinə ilıq krem çəkilir.
soyuducuda 2 saat saxladıqdan sonra servis edilir.

Nuş olsun!
Etiketlər: stəkanı, portağal, vanil, edilir, yarım, qaşığı, əlavə, yemək, qabığı, qədər, margarin, qarışdırılır, paket, sonra, bişirilir, köpük, Bunun, şəkər, qabartma, darçın
BİZİ İZLƏYİN