• Qaqarin piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 26 329

Tarix : 19-08-2014, 04:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

2,5 st. un
1 ç.q. soda
1 çimdik duz
200 q kərə yağı
4 yumurtanın sarısı
0,5 st. şəkər tozu
1 x.q. kakao

İç:
4 yumurtanın ağı
0,5 st. şəkər tozu
turş konfitür və ya cem
kartof nişastası

Üzərinə:
şəkər pudrası

Hazırlanması:
Unu soda ilə birlikdə ələkdən keçirin. Soyudulub bıçaqla xırdalanmış kərə yağı əlavə edin, ovxalayın, duz əlavə edin.

Yumurta sarılarını şəkər tozu ilə ağarıncayadək çalın. Umacla qarışdırıb xəmir yoğurun.

Xəmiri üç yerə bölün. Bir hissəsinə kakao əlavə edin. Bir ağ kündəni soyuducuda, digər iki kündəni - ağı və kakaolunu - isə dondurucuda ən az bir saat saxlayın.

Sinini yağlayın. Soyuducuda olan ağ kündəni siniyə yayın, kənarlarını 1 sm hündürlükdə qaldırın. Çəngəllə çoxlu deşiklər açın. Üzərinə türşməzə cem və ya konfitür çəkin, azca kartof nişastası səpin.

Kakaolu kündəni dondurucudan çıxarıb cemin üzərindən sürtgəcdən keçirin (bərabər qaydada).

Yumurta ağını şəkər tozu ilə möhkəm çalın. Piroqun üstünə bərabər qaydada yayın. Bunun üzərindən isə sonuncu, ağ kündəni dondurucudan çıxarıb sürtgəcin iri gözündən keçirin.

180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.

Hazır piroqu çıxarın, formada bir qədər soyudandan sonra çıxarın, tam soyudun. Üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: şəkər, kündəni, əlavə, keçirin, nişastası, pudrası, kartof, kakao, xəmir, yumurtanın, çıxarın, konfitür, Yumurta, çıxarıb, üzərindən, bərabər, dondurucudan, səpin, piroqu, yayın
BİZİ İZLƏYİN