• Təcili pirojna resepti

Reseptin məlumatları Baxış sayı: 30 285

Tarix : 20-08-2014, 09:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
6 ədəd milföy xəmiri (yaxud qat-qat yağlı xəmir)
4 yumurtanın sarısı
150 q şəkər pudrası
200 q qaymaq
2-3 damcı vanil essensiyası

Üzərinə:
meyvə, yaxud kakao

Hazırlanması:
Milföy xəmirlərini xırda keks qablarının içinə əlinizlə basdıraraq döşəyin. Çəngəllə bir neçə yerdən deşikləyin. 160 dərəcə qızdırılmış sobada qızaranadək bişirin. Bişəndən sonra çıxarıb soyudun.

Əgər həddən artıq şişiblərsə, ilıq olanda bıçaqla artıq hissələrini kəsib çıxarın.

Yumurta sarıları və şəkər pudrasını möhkəm çalın (5 dəqiqə). Sonra mikserin sürətini ən aşağı həddə gətirib qaşıq-qaşıq qaymaq və vanili əlavə edin. Qarışdırdıqdan sonra bişmiş kekslərin içinə doldurun. Üzərini təzə giləmeyvə və ya şokoladla bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: Essensiya, yaxud, qaşıq, qaymaq, şəkər, içinə, sonra, artıq, sarıları, pudrasını, dəqiqə, möhkəm, çalın, çıxarın, olanda, şişiblərsə, həddən, bıçaqla, hissələrini, Sonra, kəsib
BİZİ İZLƏYİN