• Kefirli giləmeyvəli keks resepti

Reseptin məlumatları Baxış sayı: 3 299

Tarix : 4-06-2017, 21:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kefir 150 qram
125 qram marqarin yağı
2 yumurta
200 qram şəkər
0,5 paket qabartma tozu
1,5 su stəkanı un
250 qram qırmızı qarağat
200 qram qara qarağat

Hazırlanması:
Əvvəlcə yağı otaq temperaturunda və ya mikrodalğalı sobada yumşaldın.
Üzərinə yumurtanı, şəkəri, kefiri əlavə edin.
Qabartma tozunu una qatıb kefirli kütləyə əlavə edin.
Giləmeyvələri yuyun, qurudun və xəmirə qatıb qarışdırın.
Xəmiri keks qablarına tam doldurmamaq şərti ilə bölüşdürün.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, sobada, qatıb, qarağat, qarışdırın, xəmirə, yuyun, kefirli, kütləyə, Giləmeyvələri, qurudun, qablarına, dərəcəli, dəqiqə, bişirin, isidilmiş, Əvvəlcədən, doldurmamaq, şərti, bölüşdürün
BİZİ İZLƏYİN