• Kəsmikli zənbillər resepti

Reseptin məlumatları Baxış sayı: 2 545

Tarix : 5-06-2017, 19:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
250 qram un
200 qram kərə yağı
2 xörək q. xama
Bir çimdik duz

İç üçün:
300 qram kəsmik
1 yumurta
2-3 xörək q. qaymaq
2-3 xörək q. şəkər
1 xörək q. un
1 sürtgəcdən keçirilmiş limon qabığı
05, limon şirəsi

Hazırlanması:
Kərə yağını zəif odda əridin.
Soyuduqdam sonra xama, duz əlavə edib qarışdırın.
Qabartma tozunu unla qarışdırıb kütləyə əlavə edin.
Xəmir ovulan formada olmalıdır.
30-40 dəq. soyuducuda saxlayın.
Sonra xəmiri təxminən 1 sm.
qalınlığında yayıb stəkanla dairə formasında kəsin.
Kəsilmiş xəmirləri keks qablarına elə yerləşdirin ki, divarları tutsun.
Iç hazırlamaq üçün kəsmiyə digər ərzaqları qatıb limon şirəsini əlavə edin.
Zənbil formasında hazırladığınız xəmirlərin içini doldurun.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: xörək, əlavə, limon, formasında, Xəmir, tutsun, hazırlamaq, kəsmiyə, digər, divarları, qablarına, kəsin, dairə, Kəsilmiş, xəmirləri, ərzaqları, yerləşdirin, qatıb, dərəcəli, isidilmiş
BİZİ İZLƏYİN