• Gavalılı Strasburq piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 2 542

Tarix : 7-06-2017, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 yumurta
200 qram un
60 qram şəkər
125 qram kərə yağı

İçi üçün:
2 yumurta
250 qram yumşaq kəsmik
200 qram 20%-li xama
50 qram kartof nişastası
500-700 qram təzə gavalı
Darçın zovqə görə
100 qram +2 xörək q. şəkər – gavalıların içi üçün

Hazırlanması:
Un, şəkər və kərə yağını bıçaq ilə döyün, üzərinə yumurtanı əlavə edib xəmir edin.
Üzərini strec ilə örtüb 30 dəqiqə soyuducuda saxlayın.
26 sm ölçülü qab götürün, onu yağlayın və un səpin.
Xəmiri qaba və qabın divarlarına əl ilə yayın.
Iç hazırlamaq üçün xamanı, kəsmiyi, şəkəri, 2 yumurtanın sarısını və nişastanı blendrlə çalın.
Ayrı qabda 2 yumurtanın ağını mikser ilə yaxşı çalıb hazırladığınız içə əlavə edin.
Gavalıları yuyun, başlarını kəsin, tumunu çıxardın və içinə yarım çay qaşığı şəkər ilə qarışdırılmış darçın səpin (və ya gavalıları dilim formasında kəsin və üzərinə şəkər ilə qarışdırılmış darçın əlavə edin).
Gavalıları kəsikləri yuxarı olmaq şərti ilə xəmirin üzərinə düzün.
Hazırladığınız içi gavalıların üzərinə əlavə edin.
Əvvəlcədən isidilmiş sobada 180-200 dərəcədə 1 saat bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, üzərinə, səpin, yumurta, kəsin, darçın, qarışdırılmış, gavalıların, Gavalıları, yumurtanın, çıxardın, tumunu, içinə, yarım, kəsmik, qaşığı, kartof, başlarını, yaxşımı
BİZİ İZLƏYİN