• Armud piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 234

Tarix : 21-08-2014, 20:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q hazır döymə xəmir
100 q kərə yağı
100 q üyüdülmüş badam
80 q şəkər tozu
3 yumurta
4 armud
1 ç.q. ərik cemi (armudun üstünə çəkməyə)

Hazırlanması:
Xəmiri yayın, formaya qoyub çəngəllə bir neçə yerdən deşin.
Armud piroqu resepti - FOTO RESEPT


Üyüdülmüş badam, şəkər tozu və yumşaldılmış yağı qarışdırın.
Armud piroqu resepti - FOTO RESEPT


Bir-bir yumurta əlavə edib qarışdırın.
Armud piroqu resepti - FOTO RESEPT


Armudların qabığını soyun, iki bölüb cecəsini çıxarın. Hər birini fotoda gördüyünüz kimi doğrayın.
Armud piroqu resepti - FOTO RESEPT


Xəmirin üstünə badamlı qarışığı tökün. Üstünə armudları düzün.
Armud piroqu resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada hazır olanadək bişirin.
Armud piroqu resepti - FOTO RESEPT


Hazır olanda armudların üzərinə ərik cemi çəkin.
Armud piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, üstünə, qarışdırın, badam, yumurta, hazır, tökün, Üstünə, armudları, qarışığı, fotoda, gördüyünüz, düzün, Xəmirin, badamlı, doğrayın, olanadək, armudların, üzərinə, çəkin
BİZİ İZLƏYİN