• Ərik mussu ilə piroq resepti

Reseptin məlumatları Baxış sayı: 20 363

Tarix : 22-08-2014, 15:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 yumurta
100 q şəkər tozu
60 q bitki yağı
70 q qatıq
200 q un
1,5 ç.q. qabartma tozu
500-600 q ərik
2 x.q. şəkər tozu
1 ç.q. jelatin tozu
50 ml su

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çalın, bitki yağı, qatıq əlavə edib yenə çalın.

Unu qabartma tozu ilə qarışdırın, yumurta qarışığına əlavə edin, çalın.

Xəmiri formaya töküb 170 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Hazır olandan sonra boşqaba tərs çevirin, soyudun.

6 əriyi bəzək üçün saxlayın, qalanını blenderdə püre halına salın.

Jelatini suda isladın. Şəkər tozu əlavə edin, tam əriyənədək qarışdırın. Jele soyuyanda bir hissəsini ayırın (piroqun üzərinə), qalanını ərik püresi ilə qarışdırın, möhkəm çalın.

Bu mussu piroqun üstünə tökün. Soyuducuya qoyun.

Bərkiyəndən sonra 6 əriyi ortadan bölün, üzüaşağı piroqun üstünə düzün (azca mussa batırın). Üzərinə şəffaf jele gəzdirin. Soyuducuda 2 saat saxlayın.

Nuş olsun!
Etiketlər: çalın, qarışdırın, piroqun, şəkər, əlavə, sonra, saxlayın, üstünə, əriyi, qalanını, qatıq, bitki, qabartma, yumurta, tökün, mussu, möhkəm, püresi, soyuyanda, hissəsini
BİZİ İZLƏYİN