• Ərikli pudinq resepti

Reseptin məlumatları Baxış sayı: 15 362

Tarix : 30-11-2015, 23:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q ərik
3 ç.q. şəkər tozu
2 yumurta
60 q kərə yağı
120 q boyat buğda çörəyi
1 1/4 st. süd
1 x.q. narın suxarı

Hazırlanması:
Çörəyi süddə isladın.

Yumurtanın ağını sarısından ayırın.

Yumurta sarısını 1,5 ç.q. şəkər tozu ilə çalın.

Kərə yağını əridin.

Şəkərli yumurta sarısına ərinmiş kərə yağı və süddə isladılmış çörək, südün qalanını, dənəsi çıxarılmış əriyi əlavə edib qarışdırın.

Yumurta ağını şəkər tozunun qalanı ilə çalın. Digər qarışığa əlavə edin.

Formaları yağlayıb narın suxarı səpin, qarışığı içinə tökün.

Su hamamında 2 saat bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, süddə, Yumurta, əlavə, suxarı, çalın, ağını, narın, yumurta, qalanı, Digər, dənəsi, tozunun, qarışdırın, əriyi, olsun, çıxarılmış, bişirin, hamamında, içinə
BİZİ İZLƏYİN