• Çiyələkli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 28 638

Tarix : 23-08-2014, 08:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q kərə yağı və ya marqarin
200 q xama
50 q şəkər tozu
2 ç.q. qabartma tozu
300 q un (təxminən 2 st.)
150 ml çiyələk mürəbbəsi (yarım stəkan)
üzərinə - şəkər pudrası

Hazırlanması:
Bəzən təzə çiyələk çıxanda «keçən ildən qalan mürəbbəni neyləyəcəm?» sualı ortaya çıxır. O zaman həmin mürəbbədən piroq bişirin, boş bankanı isə yeni mürəbbə ilə doldurun.

Yumşalmış kərə yağını xama və şəkər tozu ilə qarışdırın. Qabartma tozu və un əlavə edib xəmir hazırlayın (əldən iti olun). Xəmir yağlı, ələ yapışmayan olmalıdır. Xəmiri iki yerə ayırın. Bir hissəni dairəvi siniyə qoyun. Hamarlayın, kənarlarını qaldırın. İçinə mürəbbə tökün. İkinci hissədən isə uzun borucuqlar düzəldib, sinidəki mürəbbənin üstünə halqa kimi iç-içə düzün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Hazır piroqun üstünə şəkər pudrası səpin. Soyuyandan sonra doğrayın ki, qaynar mürəbbə axmasın.

Nuş olsun!
Etiketlər: şəkər, mürəbbə, çiyələk, bişirin, pudrası, üstünə, qaldırın, olsun, kənarlarını, axmasın, İçinə, hissədən, İkinci, tökün, Hamarlayın, qoyun, Xəmiri, olmalıdır, yapışmayan, ayırın
BİZİ İZLƏYİN