• Şərbətli keks resepti

Reseptin məlumatları Baxış sayı: 7 259

Tarix : 2-07-2017, 19:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Sevinc


Tərkibi:
●3 ədəd yumurta
●1 stəkan şəkər tozu ( 200 q)
●1 stəkandan 1 barmaq az süd(180 ml)
●5,6 x/ qaşığı un
●2 stəkan (200q) manna
●0.5 stəkan duru yağ
●1paket qabarma tozu
●1 paket vanil
●1ədəd limon qabığı( zövqə görə)

Şərbət üçün:
●3 stəkan su
●2 stəkan şəkər tozu
●2 x/q limpn suyu

Hazırlanması:
1.Əvvəlcə şərbəti hazırlayaq.
Bir qazana suyu və şəkər tozunu əlavə edib az xodda qoyun qaynasın.Qaynadıqdan biraz sonra limon suyunu da əlavə edib təqribən 5 dəq qaynadın, və qoyun soyusun.
2.Bir qaba yumurtaları və şəkər tozunu əlavə edib milserlə ağaranacan çalın.Sonra südü,yağı əlavə edib qarışdırın.Bir başqa qaba quru onqredientləri əlavə edin(un,qabartma,vanil,manna) qarışdırın.Sonra duru və sulu qarışımları birləşdirin, qarışdırın və sonda zövqə görə limon qabığını sürtkəcdən keçirib əlavə edin.Orta boy soba tavasini yağlayın, qarışımını əlavə edin ,əvvəlcədən isidilmiş sobada 170 ° bişirin...Diş çöpü ilə bişdiyindən əmin olun.Sobadan çıxardıqdan sonra isti keksin üzərinə soyuq şərbəti əlavə edib 1,2 saat gözləyin və sonra istədiyiniz kimi servis edin

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, şəkər, qarışdırın, sonra, limon, zövqə, Sonra, tozunu, qoyun, şərbəti, manna, vanil, sürtkəcdən, qabığını, istədiyiniz, keçirib, sonda, qarışımları, başqa
BİZİ İZLƏYİN