• Bananlı tart resepti

Reseptin məlumatları Baxış sayı: 3 276

Tarix : 15-07-2017, 19:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Sevinc


Tərkibi:
Xəmiri üçün:
●250 q un (təqribən 2 stəkan)
●175 q kərə yağı
●yarım stəkan şəkər tozu
●yarım stəkan su

Üzəri üçün:
●2 ədəd banan
●Hazır bananlı jele

Hazırlanması:
Əvvəlcə yağımızı soyuducuya qoyuruq, yağ soyuq olmalıdır.Sonra isə unla yağı ya mikserlə ya da əlimizlə qarışdırırıq,qırıntı halına gələndə şəkər tozu və soyuq suyu əlavə edib qarışdırırıq.Hazır olmuş xəmiri streçlə büküb soyuducuya qoyuruq ən az yarım saat qalır(2 saat qalsa daha yaxşı). Bşirəcəyimiz tavanı yağlayıb unlayırıq.Xəmiri azca un vuraraq yayiriq cə qabın içinə yerləşdiririk.Şişməməsi üçün çəngəllə deşiklər açırıq və əvvəlcədən qızdırılmış sobada 170°də 40 dəqiqə bişiririk.çıxarandan sonra doyuq halda bananları doğrayıb üzərinə jeleni çəkirik (meyvəli jelelər hazır şəkildə şiriniyyat mağazalarında satılır).

Nuş olsun!
Etiketlər: stəkan, qoyuruq, soyuq, soyuducuya, Xəmiri, qarışdırırıq, şəkər, qızdırılmış, əvvəlcədən, sobada, 170°də, bişiririk, dəqiqə, açırıq, deşiklər, satılır, Şişməməsi, çəngəllə, içinə
BİZİ İZLƏYİN