• Şokolad damlalı maffinlər resepti

Reseptin məlumatları Baxış sayı: 4 583

Tarix : 13-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
2 yumurta
4 dolu y.g. smetan(15%)
1 dolu stakan un
0,5 stakan şəkər
1 ç.g. gabartma tozu və
çay gaşığının ucunda soda
1 cimdik duz
100 gr şokolad damlaları (1 ovuc)
*bütün ərzaglar otag temperaturunda olmalıdır, bişirməyə başlamadan 15dəg əvvəl onları soyuducudan çıxardın.
* çokolad damlaları yoxdursa, adi gara şokoladı (65-70%) bıçaxla xırda parçalara bölüb istifadə etmək olar.

Hazırlanması:
İki gab lazımdır. Biri guru ərzagları garışdırmag üçün lazımdır, o biri isə duru ərzagları.
1. Geniş bir gabın içinə un,gabartma tozu,soda və duzu ələkdən keçirin.
2. Başga bir kiçik gabda yumurtaları çəngəl iıə biraz çırpın. Çox köpürtmək lazım deyil, yumurtaları açmag üçün bunu edirik, yəni biraz çalırıx.
3. Un garışımın ortasında bir çuxur açmag və oraya çalınmış yumurtaları, smetanı əlavə edib ehtiyatla gaşıxla garışdırmak. Çox garışdırmayın, xəmir biraz toplanan kimi artıg garışdırmayı dayandırın, yoxsa maffinlər bişdikdən sonra çörək xəmiri kimi ağır olacax.
4. Ən axırda şokolad damlalarını əlavə edin və 2-3 dəfə cəld hərəkətlə şokoladı xəmirə gatın.
Orta gatılıxda bir xəmir olmalıdır nəticədə, nə süzmə kimi gatı, nə də ayran kimi duru.
Yağlanmış və biraz unlanmış maffin gablarına xəmiri gaşıxla tökün. Tam doldurmayın gabları, ancak 3/2 hissəsini doldurun, çünki maffinlər bişdikcə şişəcəklər.
5. Maffinləri əvvəlcədən 190 t isidilmiş sobada 15-20 dəg bişirin. Hər zaman dediyim kimi : vaxtını gaçırmayın, yoxsa bişirdiyiniz məmulatın nəmi buxarlanıb gedər və maffinləriniz guru alınar, "boğar" sizi.
Və hər zamankı kimi xəmirin bişib bişməməyini bilmək üçün maffinin ortasına bıçax batırın, guru çıxarsa demək hazırdır.
Sobadan çıxardıb 5 dəg gözləyin, sonra isə maffinləri gablarından çıxardın.
Cəmi 7-8 maffin çıxır.

Nuş olsun!
Etiketlər: biraz, yumurtaları, maffin, gaşıxla, xəmir, şokoladı, lazımdır, açmag, ərzagları, olmalıdır, əlavə, çıxardın, sonra, damlaları, şokolad, xəmiri, maffinlər, gabartma, yoxsa, stakan
BİZİ İZLƏYİN