• Moruqlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 3 235

Tarix : 26-07-2017, 17:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
100 gr yumuşag kərə yağı
1 stakandan 1 barmag az şəkər tozu
3 yumurta
1 stakan un
1 ç.g. gabartma tozu
1 cimdik duz
1 ovuc morux ( 100 gr)

Hazırlanması:
1. Yumuşag kərə yağını şəkərlə yaxşıca çırpmag.
2. Yumurtaları bir-bir əlavə etmək, hər dəfə yaxşı çırpmag.
4. Ələyin içinə un, gabartma tozu və duz goyub, birbaşa yumurtalı məhlulun içinə ələmək və gaşıxla ehtiyatla garışdırmak( artıg mikser istifadə etmirik)
4. Yağlanmış və biraz unlanmış keks gabının içinə xəmiri tökmək və gaşıxla hər tərəfə yaymag. Keks gabın ölçüsü 21sm
5. Üstündən əvvəlcədən arıtlanmış moruxları düzmək və barmağınızın ucu ilə biraz bastırmak ki, keks bişən zamanı köpəndə moruxlar üstə çıxıb yanmasın.Moruğu bol-bol goyun, belə daha ləzzətli olur məncə.
Əvvəlcədən 180t isidilmiş sobada 40-45 dəg. bişirmək. Bişən keksin üstünə soyuyandan sonra istəyə görə şəkər kirşanı tökmək.

Nuş olsun!
Etiketlər: içinə, gabartma, biraz, çırpmag, gaşıxla, tökmək, şəkər, bişən, bastırmak, köpəndə, moruxlar, zamanı, moruxları, Üstündən, ölçüsü, gabın, əvvəlcədən, arıtlanmış, düzmək, çıxıb
BİZİ İZLƏYİN