• Sadə keks resepti

Reseptin məlumatları Baxış sayı: 114 577

Tarix : 27-07-2017, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 ədəd yumurta,
1 st. şəkər tozu,
0.5 st qatıq,
0.5 st duru yağ,
2 st un,
1 paket vanil,
1 paket qabartma tozu

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə qatıq və duru yağ töküb, çalmağa davam edirik. Son olaraq un, vanil və qabartma tozu əlavə edib, taxta və ya silikon qaşıqla qarışdırırıq. Hazırladığımız xəmiri soba qabına töküb, əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada bişiririk. Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qabartma, töküb, yumurta, vanil, paket, şəkər, qatıq, əvvəlcədən, qızdırılmış, Hazırladığımız, dərəcə, xəmiri, qabına, bişiririk, süfrəyə, bilərsiniz, sonra, Soyuduqdan, sobada, qarışdırırıq
BİZİ İZLƏYİN