• Qozlu, şokoladlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 8 266

Tarix : 2-01-2018, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta,
0.5 st. süd,
2 x.q. kəsmik,
0.5 st. duru yağ,
1.5 st. un,
1.5 st. şəkər tozu,
1 paket qabartma tozu,
1 paket vanil,
1 st. doğranmış qoz ləpəsi,
ərinmiş şokolad

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə duru yağ, süd və kəsmik əlavə edib, mikserin aşağı sürətilə çalmağa davam edirik. Son olaraq un, qabartma tozu və vanil töküb, qaşıq və slikon qaşığın köməyilə ehtiyatla qarışdırırıq. İstəyə bağlı olaraq xəmirə xırda doğranmış qoz əlavə etmək olar. Hazırladığımız xəmiri soba qabına tökürük. Əvvəlcədən isidilmiş 180 dərəcə istilikli sobada bişiririk. Üzərini zövqə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, yumurta, olaraq, vanil, doğranmış, şəkər, kəsmik, qabartma, paket, etmək, qabına, Hazırladığımız, xəmiri, bağlı, İstəyə, tökürük, xəmirə, xırda, dərəcə, Üzərini
BİZİ İZLƏYİN