• Çiyələkli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 5 491

Tarix : 12-07-2017, 22:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta,
1 st. şəkər tozu,
1 st. qatıq,
1 st. duru yağ,
1 paket qabartma tozu,
1 paket vanil,
3 st. un

Üzəri üçün:
500 qr çiyələk,
0.5 st. şəkər kirşanı,
1 x.q. nişasta

Hazırlanması:
Əvvəlcə şəkər tozu və yumurtanı mikserlə ağarana kimi çalırıq. Üzərinə yağ və qatıq əlavə edib, mikserin az sürətilə çalmağa davam edirik. Ardınca un, vanil və qabartma tozu əlavə edib, qaşıqla qarışdırırıq. Soba qabına yağlı kağız sərib, hazırladığımız xəmiri tökürük. . Əvvəlcədən isidilmiş 180 dərəcə istilikli sobada bişiririk. Bişməyinə az qalmış üzərinə doğranmış çiyələklər düzürük. Biraz da sobada saxladıqdan sonra çıxardırıq. Üzərinə şəkər kirşanı və nişasta qarışımını səpirik.

Nuş olsun!
Etiketlər: şəkər, sobada, Üzərinə, əlavə, kirşanı, nişasta, qatıq, qabartma, vanil, paket, bişiririk, Bişməyinə, qalmış, istilikli, Əvvəlcədən, üzərinə, isidilmiş, dərəcə, tökürük, düzürük
BİZİ İZLƏYİN