• Damla şokoladlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 10 631

Tarix : 24-07-2017, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta,
1.5 st. şəkər tozu,
250 qr qaymaq,
1 armudu st. duru yağ,
2.5 st. un,
1 paket vanil,
1 paket qabartma tozu,
1 ovuc damla şokolad,
kakao

Hazırlanması:
Əvvəlcə şəkər tozu və yumurtanı ağarana kimi mikserlə çalırıq. Üzərinə qaymaq və vanil əlavə edib, çalmağa davam edirik. Ardınca duru yağ tökürük. Son olaraq un və qabartma tozunu ələyərək az-az əlavə edirik və "vençiklə" qarışdırırıq. Xəmir nə qatı, nə də duru olmamalıdır. Damla şokoladları unlayıb, xəmirə qatırıq.
Soba qabını yağlayıb, un səpirik və ya yağlı kağız da sərə bilərik.
Hazırladığımız xəmiri soba qabına töküb, üzərinə az miqdarda kakao əlavə edərək qarışdırırıq. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada üzəri qızarana kimi bişiririk.

Nuş olsun!
Etiketlər: əlavə, qabartma, qarışdırırıq, vanil, edirik, kakao, paket, şəkər, qaymaq, Hazırladığımız, xəmiri, qabına, bilərik, qatırıq, yağlayıb, qabını, töküb, səpirik, yağlı, kağızınız
BİZİ İZLƏYİN