• Dadlı,ləzzətli albalılı keks resepti

Reseptin məlumatları Baxış sayı: 5 163

Tarix : 4-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta
1 st. şəkər tozu,
1 st. süd,
0.5 armudu st. duru yağ,
un,
1 paket qabartma tozu,
1 paket vanil

Üzəri üçün:
Albalı,
Şəkər pudrası

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə süd və yağ əlavə edib, çalmağa davam edirik. Ardınca quru ərzaqları da töküb, qaşıqla qarışdırırıq. Hazırladığımız xəmiri soba qabına töküb, üzərinə albalı düzürük.
150-160 dərəcə istilikli sobada bişiririk. *Qeyd. Bişməsini çöp ilə yoxlamadan götürməyin.
Ən sonda üzərinə şəkər pudrası səpirik.

Nuş olsun!
Etiketlər: şəkər, töküb, pudrası, yumurta, paket, üzərinə, albalı, qabına, Hazırladığımız, qaşıqla, qarışdırırıq, düzürük, xəmiri, sobada, götürməyin, sonda, səpirik, yoxlamadan, Bişməsini, istilikli
BİZİ İZLƏYİN