• Kişmişli mini keks resepti

Reseptin məlumatları Baxış sayı: 20 185

Tarix : 28-07-2017, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd yumurta,
1 st. şəkər tozu,
1 st. bitki yağı,
0.5 st. qatıq,
0.5 st. süd,
1 paket qabartma tozu,
1 paket vanil,
1 ovuc kişmiş,
4 st. un

Hazırlanması:
Əvvəlcə şəkər tozu və yumurtanı mikserlə ağarana kimi çalırıq. Üzərinə yağ, qatıq və süd əlavə edib, çalmağa davam edirik. Ayrı bir qabda un, qabartma tozu və vanili qarışdırırıq. Hissə-hissə qarışımın üzərinə əlavə edib, qaşıqla qarışdırırıq. Qabın dibinə çökməməsi üçün kişmişi unlayıb, xəmirə qatırıq. Hazırladığımız xəmiri keks qablarına töküb, 160-180 dərəcə istilikli sobada bişiririk.

Nuş olsun!
Etiketlər: qabartma, qabları, əlavə, paket, qarışdırırıq, şəkər, qatıq, unlayıb, xəmirə, kişmişi, dibinə, qaşıqla, Qabın, çökməməsi, qatırıq, istilikli, sobada, bişiririk, dərəcə, töküb, Hazırladığımız
BİZİ İZLƏYİN