• Kakaolu, karamelli keks resepti

Reseptin məlumatları Baxış sayı: 3 901

Tarix : 16-08-2017, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd yumurta,
1 armudu st. şəkər tozu,
100 qr bitki yağı,
1 armudu st. süd,
1 paket qabartma tozu,
1 paket vanil,
2 st. un,
2 x.q. kakao

Üzəri üçün:
karamel,
rəngli kakos

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu 5 dəqiqə mikserlə çalırıq. Üzərinə yağ və süd əlavə edib, mikserin aşağı sürətilə çalmağa davam edirik. Ardınca un, vanil, kakao və qabartma tozunu əlavə edib, ehtiyatla qarışdırırıq ki, xəmir sönməsin. Hazırladığımız xəmiri yağlanmış soba qabına töküb, əvvəlcədən isidilmiş sobada bişiririk. Üzərini karamel və rəngli kakosla zövqə görə bəzəyirik.

Nuş olsun!
Etiketlər: karamel, kakao, rəngli, əlavə, yumurta, vanil, tozunu, şəkər, qabartma, paket, armudu, töküb, qabına, xəmiri, xəmir, sönməsin, Hazırladığımız, yağlanmış, isidilmiş, kakosla
BİZİ İZLƏYİN