• Zərif bir dad-limonlu çizkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 5 717

Tarix : 20-08-2017, 22:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1-ci qat:
1 paket petibör peçenya,
120 qr ərinmiş kərə yağı

Krem:
2 ədəd yumurta,
1 st. şəkər tozu,
400 qr labne pendiri,
2 x.q. nişasta,
1 paket qaymaq

Sous üçün:
1 limonun qabığı,
yarım limonun suyu,
1 x.q. nişasta,
yarım ç.q. sarıkök (rəng üçün)

Hazırlanması:
Əvvəlcə peçenyanı əzib, ərinmiş kərə yağı ilə qarışdırırq. Çizkeyki hazırlayacağımız qaba töküb, stəkanın altı ilə hər tərəfində bərk sıxırıq. Yarım saatlıq soyuducuya qoyuruq. Bu müddət ərzində kremi hazırlayırıq. Krem üçün yumurta və şəkər tozunu ağarana kimi çalırıq. Üzərinə krem üçün qeyd olunmuş digər ərzaqları töküb, mikserlə 2-3 dəqiqə çalırıq. Hazırladığımız kremi peçenyanın üzərinə töküb, 180 dərəcə istilikli sobada 25-30 dəqiqə bişiririk. *Qeyd. Sobanın içərisinə əlavə qabda su qoyuruq ki, üzəri çatlamasın.

Sous üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, qazda qatılaşana kimi bişiririk. Soyuduqdan sonra kremin üzərindən töküb, 4-5 saat soyuducuda saxlayırıq.

Nuş olsun!
Etiketlər: töküb, yarım, bişiririk, paket, qoyuruq, ərzaqları, nişasta, kremi, limonun, yumurta, ərinmiş, olunmuş, şəkər, dəqiqə, çalırıq, mikserlə, istilikli, sobada, üzərinə, peçenyanın
BİZİ İZLƏYİN