• Damla şokoladlı, kakaolu keks resepti

Reseptin məlumatları Baxış sayı: 8 103

Tarix : 2-01-2018, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd yumurta,
1 armudu st. şəkər tozu,
100 qr bitki yağı,
1 armudu st. süd,
1 paket qabartma tozu,
1 paket vanil,
2 st. un,
2 x.q. kakao,
damla şokolad

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu 5 dəqiqə mikserlə çalırıq. Üzərinə yağ və süd əlavə edib, mikserin aşağı sürətilə çalmağa davam edirik. Ardınca un, vanil, kakao və qabartma tozunu əlavə edib, ehtiyatla qarışdırırıq ki, xəmir sönməsin. Hazırladığımız xəmiri yağlanmış soba qabına töküb, üzərinə damla şokolad əlavə edirik. Şokoladların üzdə qalıb yanmaması üçün qaşıqla ehtiyatla qarışdırdıqdan sonra əvvəlcədən isidilmiş sobada bişiririk.

Nuş olsun!
Etiketlər: əlavə, tozunu, damla, ehtiyatla, edirik, yumurta, kakao, şokolad, şəkər, armudu, vanil, paket, qabartma, qalıb, Şokoladların, qabına, yağlanmış, üzərinə, töküb, əvvəlcədən
BİZİ İZLƏYİN