Tərkibi:15 qat qat xəmir ( dördkünc milfoy)
1 kilo alma
300 qr. kişmiş
1/2 st. şəkər tozu
1 ç.q. darçın
Üstü üçün:2 yumurta sarısı
Şəkər tozu
Hazırlanması:1. Soba 225 dərəcədə isidilir.
2. Almalar soyulur və xırda doğranılır. Üstünə şəkər tozu, darçın, kişmiş əlavə olunur və qarışdırılır.15 dəqiqə saxlanılır ki, surəsi çıxsın. Şirəsi süzülür, bizə lazım olmayacaq.
3. Hər dördkünc xəmirin bir yarısına içlik qoyulur və obiri tərəfi ilə bağlanılır. Ücları bərkidilir.
4. Üstünə yumurta sarısı sürtülür və şəkər tozu səpilir.
5. Sobada 15 dəqiqə üstü qızarana kimi bişirilir.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: şəkər, darçın, yumurta, sarısı, Üstünə, dəqiqə, kişmiş, dördkünc, içlik, qoyulur, obiri, yarısına, olmayacaq, lazım, tərəfi, xəmirin, Ücları, qızarana, bişirilir, olsun