• Limonlu vatruşka resepti

Reseptin məlumatları Baxış sayı: 16 059

Tarix : 23-09-2014, 15:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q marqarin
3 st. un
2 x.q. şəkər tozu
1 çimdik duz

İç üçün:
2 limon (yaxud portağal)
1 st. şəkər tozu
1 x.q. nişasta

Hazırlanması:
Unu ələyin, yağı sürtgəcin xırda gözündən keçirib unla ovun. Şəkər tozu və duz qatın. Bu ovuntuğu siniyə döşəyin, kənarlarını qaldırın.
2 limonu və ya portağalı dənəsini təmizləyib sürtgəcdən keçirin. 1 st. şəkər tozu və 1 x.q. nişasta əlavə edib qarışdırın. Bu qarışığı sinidəki ovuntuğun üzərinə yayın. Ovuntuğun qalanını üzərinə səpin.

180 dərəcə qızdırılmış sobada bişirin. Soyutduqdan sonra üzərinə tort üçün olan portağal jelesi çəkin.

Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, nişasta, portağal, keçirin, yayın, Ovuntuğun, ovuntuğun, sinidəki, qarışığı, qalanını, əlavə, qarışdırın, qızdırılmış, sonra, jelesi, çəkin, olsun, Soyutduqdan, bişirin
BİZİ İZLƏYİN