• Krem-brüle resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 102

Tarix : 24-09-2014, 18:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 ml 33%-li qaymaq
4 yumurtanın sarısı (yaxşı olar ki, narıncı rəngdə olsunlar)
5 x.q. (+2-3 x.q.) qəhvəyi şəkər
1 vanil budağı

Bəzək üçün:
giləmeyvə (moruq)
şəkər pudrası
şərbət

Qeyd: Ramekin - 150-200 ml həcmi olan saxsı formadır. Əgər o yoxdursa, odadavamlı şüşə, yaxud dəmir və ya silikon formadan istifadə etmək olar.

Hazırlanması:

Qaymağı qazana tökün, ocağın üstünə qoyun. Qaynara düşmək istəyəndə ocaqdan götürün. Heç bir halda qaynatmaq olmaz. Azacıq soyudun.

Yumurtanın ağını sarısından ayırın. Ağı lazım olmayacaq. Yumurtanın sarısını 5 x.q. qəhvəyi şəkərlə çəngəllə çalın.

Qaymağı süzün, isti-isti yumurta sarılarına əlavə edin. Bu zaman onu davamlı olaraq qarışdırın (çalmaq lazım deyil).
Giləmeyvəni yuyun, qurudun, ramekinlərin içinə düzün. 1 ramekinə - 5-6 ədəd iri giləmeyvə.
Qaymaqlı-yumurtalı qarışığı bunun üzərinə tökün. İri, kənarları hündür formaya ramekinləri düzün, ramekinlərin ortasınadək olan miqdarda qaynar su tökün (bu zaman su krem-brüdenin içinə düşməməlidir).

Formanı 150 dərəcə qızdırılmış sobaya qoyun. Orada təxminən 1 saat saxlayın. 1 saatdan sonra ramekinləri çıxarın.

Krem-brülenın qatılığı jele kimi olacaq. Nə bərk, nə yumşaq, lap çizkeyk kimi.

Hazır krem-brüleni karamelizə etmək lazımdır. Bunun üçün əvvəlcə krem-brüleni 3-4 saat soyuducuda saxlayın.

Sonra çıxarın, üzərinə 2-3 x.q. qəhvəyi şəkər səpin. Onu həm xüsusi alışqanla yandıra, həm qril aparatında, dəmir barmaqlığın altında 5 dəqiqə saxlaya bələrsiniz (şəkər tozu əriyənədək).

Bundan sonra krem-brüleni daha yarım saat soyudun. Giləmeyvə, şəkər pudrası ilə bəzəyə bilərsiniz (bunsuz da olar).

Silikon formada hazırlayacaqsınızsa: əvvəla, silikon formada olarkən krem-brüleni sobada, 150 dərəcə istidə 1 saat 40 dəqiqə saxlayın. İkincisi, karamelizə etməzdən əvvəl onu formadan çıxarın (ya formanı qaynar suda bir neçə saniyə saxlayın, ya da bıçaqla kənarlarından ayırın). Boşqaba tərs çevirin. Soyudun. Karamelizə etmək üçün üzərinə azca şəkər tozu və konyak tökün, alışqanla yandırın. Üstünü bəzəyin.
Krem-brüle resepti - FOTO RESEPT

Krem-brüle resepti - FOTO RESEPT

Krem-brüle resepti - FOTO RESEPT

Krem-brüle resepti - FOTO RESEPT

Krem-brüle resepti - FOTO RESEPT

Krem-brüle resepti - FOTO RESEPT

Krem-brüle resepti - FOTO RESEPT

Krem-brüle resepti - FOTO RESEPT

Krem-brüle resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: formadır, şəkər, tökün, brüleni, saxlayın, qəhvəyi, çıxarın, üzərinə, etmək, qoyun, formada, formadan, Qaymağı, karamelizə, alışqanla, ayırın, lazım, Yumurtanın, soyudun, zaman, dəqiqə
BİZİ İZLƏYİN