• Çiyələkli milfoy şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 3 488

Tarix : 29-01-2019, 12:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
16 ədəd kvadratşəkilli milfoy,750ml süd,
2 yemək qaşığı un (ya da düyü unu),
2yemək qaşığı nisasta (bugda ya da qarğıdalı nişastası),
1 cay stəkanı toz səkər,
1 yumurta,

Üzərinə:
pudra səkəri,
ciyələk,

Hazırlanması:
Milfoyları buzluqdan çıxardıb bir az yumşalmasını gözləyin.
Milfoylar bir az yumşalandan sonra hər bir milfoyu ikiyə bölün.
Kəsdiyiniz kvadrat şəkilli milfoylar qabarmaması üçün üzərindən bıçaqla cızıq atın.
180 dərəcəyə yaxın qızdırılmış fırında xəfif qızarana qədər bişirin.
Mühalləbi malzəmələrini qazanda qarışdıraraq bişirin və soyudun.
Soyuyan milfoyların üzərinə krem çəkin.
Milfoyların üzərini çiyələklə bəzəyin.Sonra üzərinə bir milfoy qatı qoyub pudra şəkəri səpin.

Nuş olsun!
Etiketlər: pudra, üzərinə, bişirin, qaşığı, milfoy, qızarana, qədər, malzəmələrini, Mühalləbi, xəfif, qızdırılmış, bıçaqla, üzərindən, cızıq, dərəcəyə, qazanda, yaxın, fırında, Soyuyan, Sonra
BİZİ İZLƏYİN