Tərkibi:2 ədəd banan
100 qram balqabaq
150 qram yulaf
Zövqə görə kakao və darçın əlavə edilə bilər.
Hazırlanması:Əvvəlcə çəngəllə bananları əzirik, sonra isə əvvəldən düzəltdiyimiz balqabaq püresini (mən balqabağı tam qaynadıb ikiyə bölürəm, içini çıxarıb püre halına salıram) və yulafı əlavə edirik. İstəyə uyğun kakao və darçın əlavə edildikdən sonra isə 180 dərəcədə 15 dəqiqəliyinə sobaya göndəririk.
Nuş olsun!
Etiketlər: əlavə, sonra, darçın, kakao, balqabaq, bölürəm, yulafı, salıram, halına, içini, çıxarıb, edirik, edildikdən, sobaya, göndəririk, olsun, dəqiqəliyinə, dərəcədə, uyğun, ikiyə