• Balqabaq deserti resepti

Reseptin məlumatları Baxış sayı: 1473

Tarix : 17.10.2020, 12:00

Bölmə : Şirniyyatlar » Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Balqabaq - 1 kq
Şəkər tozu - 300 qr
Sulu qaymaq 33% - 200 qr
Bal - 200 qr (və ya hər hansısa mürəbbə şirəsi)
Vanil - 1 paçka
Badam - 100 qr

Hazırlanması:
Balqabagi soyub təmizləyirik ,kubik şəklində doğrayıb bir listə qoyuruq. Üstünə şəkər tozu əlavə edib soyuducuda +4°C ən az 5 saat saxlayırıq. Sonra həmin listdə 200°C sobada yumuşalanadək bişiririk. ( Diqqət etmək lazımdır ki üstü çox qaralmasın). Badam qovrulur və xırda şəkildə doğranır. Üstünün sousu üçün Kənarda qaymağı balaca qazana əlavə edib bal ilə bir yerdə qaynadırıq və vanil tozunu əlavə edib az xodda asta asta bişiririk . Qaynayan kimi kənara çəkib soyuduruq. Balqabaq istənilən şəkildə servis oluna bilər. Üstünə sous töküb və qovrulmuş badam səpərək servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, servis, Üstünə, bişiririk, Badam, Balqabaq, şəkildə, qazana, yerdə, qaynadırıq, balaca, xırda, Kənarda, Üstünün, sousu, doğranır, qaymağı, tozunu, bilər, oluna
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN