• Albalı ilə ipək kimi yumşaq pirojki

Reseptin məlumatları Baxış sayı: 2 083

Tarix : 20-04-2021, 10:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 1 stəkan qatıq (çox turş olmamalıdır)
- 1/2 stəkan bitki yağı
- 3 stəkan un
- 1/2 stəkan şəkər tozu
- 1/2 ç.q. duz
- 1 yumurta
- 1 paket quru maya
- 1 paket vanilli şəkər tozu

İçlik:
- 1/2 kq albalı
- 2 x.q. nişasta
- 6 x.q şəkər tozu

Hazırlanması:
Qatığı bir qədər qızdırın, bitki yağı, duz, şəkər tozu, çalınmış yumurta əlavə edin, qarışdırın.Unu ələyin və maya ilə qarışdırın.Duru kütləni una tökün, yaxşı qarışdırın, xəmir yoğurun.Xəmiri isti yerdə 40 dəqiqə saxlayın.İçlik hazırlayırıq: albalı yuyulur, çəyirdəkləri çıxarılır, nişasta və şəkər tozu ilə yaxşı qarışdırılır.Xəmirdən tikələr kəsin, yastıladın, ortasına içlik qoyun, pirojki bükün.Tavaya yağ çəkin, bir az un səpin, pirojkiləri düzün, üzərini dəsmalla örtün, 20 dəqiqə saxlayın.Pirojkilərin üzərinə çalınmış yumurta çəkin.Sobanı qabaqcadan 200 C qədər qızdırın və pirojkiləri hazır olana qədər bişirin.

Nuş olsun!
BİZİ İZLƏYİN