• Meyvəli merengi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13153

Tarix : 5.04.2016, 21:00

Bölmə : Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
225 q yumurta ağı (təxminən 6 iri yumurtadan)
450 q şəkər tozu
250 ml yağlı qaymaq
Şəkər pudrası - zövqə görə
Meyvə - zövqə görə (məsələn, kivi, çiyələk, banan, üzüm, xurma, şaftalı və s.)

Hazırlanması:
Şəkər tozunu yumurta ağının içinə, onu isə su hamamına qoyun, daim qarışdıraraq əridin. Qarışıq çox qızmamalıdır, maksimal temperatur 43 dərəcə ola bilər.
Meyvəli merengi resepti - FOTO RESEPT


Sonra bunu mikserlə qatı köpük alınanadək çalın. Qatılığını yoxlamaq üçün qaşıqla götürüb tərs çevirin, qaşıqdan axmamalıdır. Konditer torbasına yığıb siniyə quş yuvası formasında sıxın.
Meyvəli merengi resepti - FOTO RESEPT


120 dərəcə qızdırılmış sobada 1,5 saat qurudun. Hazır merenginin üstü xırt-xırt, içi isə yumşaq olmalıdır.

Qaymağa istəyə görə şəkər pudrası əlavə edib qatı köpük alınanadək çalın.
Meyvəli merengi resepti - FOTO RESEPT


Konditer torbasının köməyilə bu kremi «quş yuvaları»nın içinə doldurun.
Meyvəli merengi resepti - FOTO RESEPT


Merengiləri doğranmış meyvələrlə bəzəyin.
Meyvəli merengi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: içinə, zövqə, dərəcə, köpük, Konditer, alınanadək, pudrası, çalın, şəkər, yumurta, Şəkər, qızdırılmış, sobada, qurudun, sıxın, Hazır, yuvası, torbasına, axmamalıdır, yığıb
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN