Tərkibi:450 q mayalı xəmir (un, su, duz, maya, 1 ç.q. şəkər tozu, 2 x.q. bitki yağı)
qara qarağat (yaxud digər giləmeyvə)
200 q kəsmik
1 yumurta
60 q kərə yağı
40 q şəkər tozu
2 x.q. şəkər pudrası
1 paket vanilli şəkər
Hazırlanması:Xəmiri üzərinə un səpilmiş lövhənin üstündə 5-7 mm qalınlıqda yayın. Stəkanla dairələr kəsin (bunlar maffin (keks) qabına yerləşməlidir). Xəmirin qalanından qalın borucuqlar düzəldin.
Maffin qablarını yağlayın, xəmiri içinə yerləşdirin, borucuqları isə bunun üstündən. Giləmeyvəni içinə doldurun.
Kəsmikli iç: kəsmiyin içinə 40 q şəkər tozu, 1 yumurtanın sarısı və vanilli şəkəri əlavə edib qarışdırın.

Giləmeyvənin üstündən kəsmikli iç qoyun, bulkaları 10-15 dəqiqə isti yerdə saxlayın.
[center]

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Yumurtanın ağını 2 x.q. şəkər pudrası və 1 çimdik duzla möhkəm çalın.
Bulkaların üzərinə konditer torbasının köməyilə bu bezedən xırda-xırda çəkin. Sonra bulkaları daha 10 dəqiqə bişirin (beze qızarınca)
Nuş olsun!
Etiketlər: şəkər, içinə, dəqiqə, üzərinə, bulkaları, üstündən, bişirin, vanilli, pudrası, xırda, qoyun, Kəsmikli, doldurun, yerdə, Giləmeyvəni, kəsmikli, kəsmiyin, saxlayın, şəkəri, əlavə