• Bel Elen resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 885

Tarix : 8-05-2016, 17:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (1 pay):
1 armud
1/2 limon
5 q vanil
30 q şəkər tozu (1 l su üçün)
1 dəstə nanə
1 l su
20 q acı şokolad
50 ml qaymaq (33%)
5 ml konyakı
qarağat

Hazırlanması:
Armudun qabığını soyun, aşağıdan cecəsini ehtiyatlı çıxarın, saplağını isə saxlayın.
Bel Elen resepti - FOTO RESEPT


Suyu qaynadın. 1 limonun yarısının şirəsini və qabığını, nanə, şəkər tozu və vanil əlavə edin. Qaynayanda armudu içinə salın, 30 dəqiqə bişirin.
Bel Elen resepti - FOTO RESEPT


Şokolad sousu üçün şokoladı su hamamında əridin. Qızdırılmış qaymağı bura əlavə edib yaxşıca qarışdırın. Konyak əlavə edin, su hamamında eynicinsli kütlə alınanadək qarışdırın.
Bel Elen resepti - FOTO RESEPT

Bel Elen resepti - FOTO RESEPT


Ağ boşqabın içinə şokolad sousu tökün, ortasına armudu qoyun, qırmızı qarağatla bəzəyin. Şokolad qırıntıları da səpə bilərsiniz.
Bel Elen resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, içinə, Şokolad, sousu, qarışdırın, hamamında, qabığını, armudu, şokolad, vanil, şəkər, armud, Konyak, yaxşıca, Qızdırılmış, şokoladı, limon, əridin, eynicinsli, qaymağı
BİZİ İZLƏYİN