• Almalı oladi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 25 571

Tarix : 24-10-2014, 11:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q un
250 ml süd
2 yumurta
1/4 ç.q. duz
1-2 ç.q. şəkər tozu
6 q quru maya
2-3 alma
bitki yağı
şəkər pudrası (istəyə görə)
Almalı oladi resepti - FOTO RESEPT


Hazırlanması:
İsti süddə mayanı əridin, yumurta, duz, şəkər tozu, un əlavə edib xama qatılığında xəmir yoğurun. Xəmir yoğurduğunuz qabın üzərinə dəsmal çəkib isti yerdə 30-50 dəqiqə saxlayın.
Almalı oladi resepti - FOTO RESEPT


Almanın qabığını və cecəsini təmizləyin. Nazik saman kimi doğrayın. Xəmirə əlavə edib qarışdırın.
Almalı oladi resepti - FOTO RESEPT


Tavaya yağ töküb qızdırın. 1 iri bulud qaşığı ilə xəmirdən götürüb yağa salın, o üz-bu üz qızardın.
Almalı oladi resepti - FOTO RESEPT


Süfrəyə isti-isti, üzərinə şəkər tozu səpməklə verə bilərsiniz.
Almalı oladi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, yumurta, əlavə, töküb, qarışdırın, Tavaya, doğrayın, təmizləyin, Nazik, saman, qızdırın, Xəmirə, xəmirdən, Süfrəyə, səpməklə, bilərsiniz, olsun, qızardın, salın
BİZİ İZLƏYİN