• Çiyələkli muss resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 902

Tarix : 2-05-2016, 22:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q dondurulmuş çiyələk
50 q şəkər tozu (+ bir qədər də sous üçün)
1 st. süd
2 x.q. mannı yarması
nonparel (xırda rəngli karamellər, bəzək üçün)
Çiyələkli muss resepti - FOTO RESEPT


Hazırlanması:
Giləmeyvələrin suyunu süzün, təxminən 200 q qalacaq. Blenderdən keçirin. Şəkər tozu əlavə edib çalın.
Çiyələkli muss resepti - FOTO RESEPT


Südü qazançaya töküb ocağın üstünə qoyun, qaynara düşəndə qarışdıra-qarışdıra ehtiyatla mannı tökün, vam odda qatılaşana qədər bişirin (təxminən 10 dəqiqə). Soyudun. Sonra mikserlə çalın. Çiyələkli püreni də əlavə edib yenə çalın.
Çiyələkli muss resepti - FOTO RESEPT


Silikon formaya doldurub soyuducuda 3-4 saat saxlayın. 2 saat ərzində dondurucuda da saxlaya bilərsiniz.
Çiyələkli muss resepti - FOTO RESEPT


Sous üçün çiyələyin suyunu az miqdarda şəkərlə qaynadın. Boşqaba sousdan damızdırın. Üzərinə nonparel səpin. Mussu da bir kənardan qoyun.
Çiyələkli muss resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çalın, suyunu, təxminən, əlavə, nonparel, qoyun, qarışdıra, qədər, mannı, saxlayın, soyuducuda, ərzində, dondurucuda, saxlaya, Sonra, doldurub, püreni, Çiyələkli, Silikon, formaya
BİZİ İZLƏYİN