• Albalılı pendir kətəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 564

Tarix : 21-05-2016, 09:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (10-15 ədəd üçün):
400 q kəsmik
2 yumurta
50 q şəkər tozu
2 ç.q. vanili şəkər
100 q un (əlavə 2-3 x.q. unlamaq üçün)
bitki yağı

Sous üçün:
300 q albalı
50 q şəkər tozu
1 ç.q. nişasta (üstsüz)
Albalılı pendir kətəsi resepti - FOTO RESEPT


Hazırlanması:
Pendir kətəsini süfrəyə sous əvəzinə xama, mürəbbə və ya cemlə də vermək olar. Qış vaxtı dondurulmuş albalı, eləcə də başqa giləmeyvələrdən istifadə etmək olar.
Kəsmiyi şəkər və vanilli şəkərlə qarışdırın. Yumurta vurub qarışdırın. Un əlavə edib qarışdırın. Kəsmiyin sulu və ya quru olmasından asılı olaraq az və ya çox un tələb oluna bilər. Xəmir çox bərk olmamalı, azca ələ yapışmalıdır.
Xəmirdən balaca kündələr tutub yayın, una batırın.
Tavaya yağ töküb qızdırın, kətələri içinə salın. Orta ocaqda qızılı rəng alana qədər o üz-bu üz qızardın (hər üzü təxminən 10 dəqiqə).
Albalılı pendir kətəsi resepti - FOTO RESEPT

Albalılı pendir kətəsi resepti - FOTO RESEPT

Albalılı pendir kətəsi resepti - FOTO RESEPT

Albalılı pendir kətəsi resepti - FOTO RESEPT

Albalılı pendir kətəsi resepti - FOTO RESEPT

Albalılı pendir kətəsi resepti - FOTO RESEPT

Albalılı pendir kətəsi resepti - FOTO RESEPT


Sous hazırlamaq üçün: nişastanı 150 ml soyuq su ilə qarışdırın. Albalının üzərinə şəkər tozu, 200 ml su töküb ocağın üstə qoyun. Qaynara düşəndən sonra 1-2 dəqiqə qaynadın.
Qarışdıra-qarışdıra nişastanı əlavə edin, ocaqdan götürün.
Albalılı pendir kətəsi resepti - FOTO RESEPT

Albalılı pendir kətəsi resepti - FOTO RESEPT


Süfrəyə verərkən kətələrin üzərinə sous tökün.
Albalılı pendir kətəsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, qarışdırın, əlavə, töküb, dəqiqə, albalı, üzərinə, nişastanı, qızılı, təxminən, alana, ocaqda, qızardın, qədər, kətələri, yayın, tutub, kündələr, batırın, Tavaya
BİZİ İZLƏYİN