• Ərikli maffin resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 788

Tarix : 12-11-2014, 18:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (6 ədəd üçün):
200 q kərə yağı və ya marqarin
150 q şəkər tozu
2 ç.q. vanili şəkər
2 yumurta
3 ç.q. kakao
2 ç.q. qabartma tozu və ya 1 ç.q. söndürülmüş soda
250-300 q un
300 q ərik konservi (istənilən meyvədən istifadə edə bilərsiniz)

İstəyə görə:
100 q şokolad
döyülmüş qoz və ya badam yonqarı
Ərikli maffin resepti - FOTO RESEPT


Hazırlanması:
Əgər dondurulmuş meyvədən istifadə edirsinizsə, onun donunu açın, suyunu süzün. Həmçinin xırda formalar yoxdursa, bir iri qab götürə bilərsiniz.

Yağı şəkər tozu və vanili şəkərlə çalın. Yumurta əlavə edib qarışdırın. Qabartma tozu və un əlavə edib qatı xəmir yoğurun. Xəmiri iki yerə bölün. Bir hissəsinə kakao əlavə edib qarışdırın.
Əriyi kubik doğrayın.
Ərikli maffin resepti - FOTO RESEPT

Ərikli maffin resepti - FOTO RESEPT

Ərikli maffin resepti - FOTO RESEPT

Ərikli maffin resepti - FOTO RESEPT

Ərikli maffin resepti - FOTO RESEPT


Yağlanmış formalara kakaolu xəmir qoyun (təxminən qabın 1/3-i qədər). Üstünə ərik, onun üstünə isə açıq rəngli xəmir qoyun.
180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.
Ərikli maffin resepti - FOTO RESEPT

Ərikli maffin resepti - FOTO RESEPT

Ərikli maffin resepti - FOTO RESEPT


Şokoladı su hamamında əridin.
Ərikli maffin resepti - FOTO RESEPT


Hazır maffinlərin üzərinə şokolad gəzdirin, istəyə görə qoz və ya badam səpin.
Ərikli maffin resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: maffində, xəmir, şəkər, əlavə, bilərsiniz, istifadə, şokolad, badam, meyvədən, qoyun, qarışdırın, vanili, kakao, qabın, qədər, Üstünə, rəngli, üstünə, təxminən, kakaolu, doğrayın
BİZİ İZLƏYİN