• Çizkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 21 161

Tarix : 15-11-2014, 23:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
1,25 kq yağsız kəsmik
200 q suxarı
400 q şəkər tozu
100 ml qaymaq
150 q kərə yağı
6 yumurta + 2 yumurtanın sarısı
40 q nişasta
1 limonun sedrası (qabığı)
0,5 ç.q. duz
giləmeyvə (bəzək üçün)

Hazırlanması:
Suxarını mətbəx kombaynında xırdalayıb 150 q şəkər tozu və su hamamında əridilmiş kərə yağı ilə qarışdırın. Perqament döşənmiş siniyə töküb bərabər qaydada yayın.

Kəsmiyi nişasta ilə qarışdırın. Mikserlə 6 yumurta və 2 yumurta sarısını qalan şəkər tozu, duz və limon sedrası ilə çalın. Qaymağı ayrıca çalıb buna əlavə edin. Eynicinsli qarışıq alınana qədər qarışdırın.

Sinidəki xəmirin üzərinə yayın. Üzərini hamarlayın. 180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Çizkeykin qıraqları bişib ortası isə hələ "titrəyən" vaxt sobanı söndürün, amma çizkeyki oradan çıxarmayın. Qoyun oradaca soyusun. Əgər çox bişirsəniz, o, ortadan çatlayacaq və doğrayanda ovulub töküləcək.

Lap soyumamış, bir az isti olarkən adi tikiş sapının köməyilə doğrayın. Bu zaman o, ovulmur. Üzərini giləmeyvə ilə bəzəyib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: yumurta, şəkər, qarışdırın, sedrası, giləmeyvə, yayın, nişasta, Üzərini, sobanı, titrəyən, söndürün, Qoyun, oradan, ortası, çizkeyki, çıxarmayın, Çizkeykin, qızdırılmış, dərəcə, hamarlayın
BİZİ İZLƏYİN