• Gavalı pirojnası resepti

Reseptin məlumatları Baxış sayı: 14 527

Tarix : 24-04-2016, 15:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q dondurulmuş hazır yağlı xəmir
1 yumurta

İç üçün:
3 ç.q. alma, yaxud gavalı povidlosu
500 q gavalı
2-3 x.q. şəkər tozu
1 ç.q. darçın
40 q badam

Hazırlanması:
Yağlı xəmirin donunu açın. Yumurtanı çalın. Siniyə perqament döşəyin. Sobanı 200 dərəcə qızdırın.

Xəmirdən 3 hissə kəsin. Üzərinə alma, yaxud gavalı povidlosu yaxın. Qıraqlarına isə yumurta çəkin. Xəmirdaən daha altı nazik şərid kəsib spiral kimi bükün və pirojnaların kənarların düzün. Azca basıb bərkidin.

Gavalıları yuyun, yarı bölüb dənələrini çıxarın, dilimləyin. Kərə yağını əridin. Gavalıları pirojnaların üzərinə düzün, kərə yağı gəzdirin və xırda doğranmış badam səpin. Şəkər tozunu darçınla qarışdırıb pirojnanın üstünə səpin. 25 dəqiqə sobada qızaranadək bişirin. Hazır olandan sonra üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: gavalı, səpin, povidlosu, şəkər, üzərinə, düzün, badam, yaxud, pirojnaların, Gavalıları, yumurta, bərkidin, basıb, xırda, əridin, gəzdirin, çıxarın, doğranmış, yuyun, bölüb
BİZİ İZLƏYİN